"Vilyarreal" klubu Filip Yorgensenlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperin "sarı sualtı qayıq"la yeni müqaviləsinin 2029-cu ilə qədər qüvvədə olacaq.
Filip Yorgensen ötən mövsüm veteran Pepe Reynanı əsas heyətdən kənarlaşdırmışdı. Qolkiper çempionatda 36 oyun keçirib, bunun 6-da qapısını təmiz saxlayıb, 63 qol buraxıb. Bundan əlavə, Filip Yorgensen La Liqanın son mövsümündə ən çox seyv edən (143) qapıçı ünvanına sahib olub.
Xatırladaq ki, İspaniya çempionatının son mövsümünün nəticələrinə əsasən, “Vilyarreal” yarışı turnir cədvəlinin 8-ci pilləsində başa vurub.
Mirağa