Fransa millisinin mərkəz müdafiəçisi Benjamen Pavar bu gün start götürəcək Avropa çempionatında müdafiənin sağ cinahında oynamağa hazır olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "L'Equipe" onun sözlərini belə çatdırıb:
"Məşqçimiz bilir ki, mən müdafiənin mərkəzində oynamağa üstünlük verirəm. Amma lazım olsa, sağ cinahda da mübarizə apara bilərəm. Buna hazıram. Uğur qazanmaq üçün hər şey etməliyik".
Qeyd edək ki, Fransa seçməsi Niderland, Polşa və Avstriya ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Nihat