İtaliya millisinin mərkəz yarımmüdafiəçisi Nikolo Facoli komandasının AÇ-2024-dəki ilk oyununu - Albaniya ilə matçı kənardan izləyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky İtalia" yayıb.
23 yaşlı futbolçu Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə zədələndiyi üçün iyunun 15-də baş tutacaq qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, Dortmundda keçiriləcək İtaliya - Albaniya oyununun matçının start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.