İspaniyanın "Jirona" klubu Çexiya "Sparta"sının yarımmüdafiəçisi Ladislav Kreyçi ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "blankivermelns"in mətbuat xidməti məlumat yayıb.
"Jirona"nın bir neçə mövqedə oynaya bilən 25 yaşlı Kreycinin transferi üçün çexlərə 12 milyon avro ödədiyi bildirilir.
2023/24 mövsümündə Ladislav Krejci "Sparta"nın heyətində 39 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa