İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt AÇ-2024-ün qrup mərhələsinin I turunda bu gün Serbiya seçməsinə qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Onların yaxşı oyunçuları və fantastik komanda ruhu var. Serbiyanın hücumçuları istənilən komandaya problem yaradacaq səviyyədədirlər. Bilirik ki, bu, çətin açılış oyunudur və qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Draqan Stoykoviçin bir sıra variantları var. Rəqib müxtəlif şəkildə oynaya bilər. Biz bunun öhdəsindən gəlməyi bacarmalı və rəqibin zəif tərəflərindən istifadə etməyə çalışmalıyıq”.
Qeyd edək ki, C qrupunda baş tutacaq İngiltərə - Serbiya matçı saat 23:00-da səsləndiriləcək.