"Bayern Münhen" 20 yaşlı futbolçusu Aleksandar Pavloviçlə müqavilə yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Ötən ildən "Bayern"in əsas komandasında çıxış edən Pavloviç geridə qalan mövsümdə bütün turnirlərdə 25 matça çıxıb. Gənc dayaq yarımmüdafiəçinin əvvəlki müqaviləsinin müddəti 2027-ci ilə qədər idi.
Nihat