"Milan" hücumçusu Luka Yoviçlə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar"ın rəhbərliyi sözügedən futbolçu ilə yeni müqavilə imzalayacaq.
Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə yeni müqavilənin 2025-ci ilin yayına qədər nəzərdə tutulacağını vurğulayıb. Onun hazırkı anlaşmasının müddəti iyunun sonunda başa çatacaq.
Ötən ilin sentyabrından "Milan"da çıxış edən Yoviç 30 matça çıxıb. Bu qarşılaşmalarda 9 qol vuran forvard 1 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat