Polşa millisinin baş məşqçisi Mixal Probej Avropa çempionatının qrup mərhələsinin I turunda Niderlanddan aldıqları məğlubiyyəti (1:2) şərh edib.
Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında belə danışıb:
"Öncə bütün polşalı azarkeşlərə, stadionda olanlara və oyunu televiziya vasitəsi ilə izləyən tərəfdarlarımıza təşəkkür edirəm. Məğlubiyyətə görə təslim olmayacağıq. Qarşıdakı iki oyunda qələbə qazanmaq istəyirik. Daha yaxşı çıxış edə bilərik".
Nihat