İspaniyanın "Real Madrid" klubunun gənclər komandasının hücumçusu İker Bravo "Bayer Leverkuzen"ə qayıdır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, Almaniya çempionu 19 yaşlı Bravo ilə bağlı qərarın artıq verib və onu əsas komandaya cəlb edəcək.
Bu mövsüm İker Bravo "Real Madrid"in gənclər komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Bravo 2021-ci ildə Bundesliqa klubuna transfer edilib. O, ötən mövsümü icarə əsasında "Real Madrid"də keçirib.
Mirağa