"Əl-Nəsr"dən ayrılan David Ospinanın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı kolumbiyalı qapıçı ölkəsini təmsilçilərindən olan "Atletiko Nasyonal"a qoşulub.
Məlumatı sözügedən klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Ospina "Atletiko Nasyonal"ın yetirməsidir. 2005-2008-ci illərdə bu klubda çıxış edən qolkiper daha sonra "Nitsa", "Arsenal" və "Napoli"də də oynayıb.