Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Rumıniyadan aldıqları məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:3 hesablı yenilginin gözlənilməz olduğunu bildirib:
"Topa sahib olsaq da, qol vəziyyətləri yarada bilmədik. Heç kim nəticənin belə olacağını gözləmirdi. Qarşıda Slovakiya yığması ilə çox ciddi oyunumuz var. Növbəti matça hazırlaşmalıyıq".
Nihat