Rumıniya yığmasının baş məşqçisi Edvard Yordanesku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Ukrayna üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Bizim əla komandamız var. Bu gün fantastik oyun sərgilədik. Futbolçularımı təbrik edirəm. Bu, inanılmazdır. Dünyadakı hər bir rumıniyalıya təşəkkür etmək istərdim. Bilirəm ki, onlar bizimləydilər".
Nihat