Fransa millisinin hücumçusu Killian Mbappenin Avropa çempionatının qrup mərhələsinin ilk turunda Avstriyaya qarşı keçirdikləri oyunda (1:0) burnu sınıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "xoruzlar"ın baş məşqçisi Didye Deşam "Real Madrid"in ulduzunun əməliyyat olunacağını deyib.
Qeyd edək ki, Mbappe oyunun sonlarında rəqib komandanın futbolçusu ilə toqquşaraq xəsarət aldığı üçün əvəzlənib.
Nihat