"Sevilya” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Əndəlüs təmsilçisinin mətbuat xidməti yayıb.
La Liqa klubu Rusiya MOİK-indən ayrılan Çidera Ecukeni rənglərinə bağlayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ecuke ötən mövsüm “Antverpen”də icarədə olub. O, Belçika komandasında 21 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.