Növbəti mövsümdə Bundesliqa klubu "Leyptsiq"i çalışdıracaq mütəxəssisin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə klub öz rəsmi saytı vasitəsilə məlumat yayıb.
Söhbət komandanın baş məşqçisi Marko Rouzla müqavilənin uzadılmasından gedir. 47 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Beləliklə, müqavilə bir mövsüm uzadılıb.
Rouz 2022-ci ilin sentyabrında "Leyptsiq"ə keçib. “Öküzlər” ötən mövsüm Bundesliqanı dördüncü pillədə başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıblar.
Qeyd edək ki, sözüged çalışdırıcı “Leyptsiq”in “sükanı arxası”nda Almaniya kubokunu və Superkubokunu qazanıb.
Mirağa