Serbiya Futbol Federasiyası UEFA-nı hədələyib.
Fanat.Az “Daily Mail”-ə istinadən xəbər verir ki, Xorvatiya - Albaniya oyunu (2:2) zamanı hər iki komandanın azarkeşləri tərəfindən serblərə qarşı təhqiramiz, nifrət dolu şüarlar səsləndirilib.
Xorvat və alban tərəfdarların “Serbləri öldür” qışqırıqları qarşı tərəfi hiddətləndirib. SFF UEFA-nı təcili tədbir görməyə çağırıb. Vəziyyəti şərh edən qurumun baş katibi Yovan Surbatoviç hətta qitə futbol qurumunu AÇ-2024-dən çıxacaqları ilə hədələyib: “Baş verənlər qalmaqal idi. Yarışı tərk etmək bahasına olsa belə, UEFA-dan sanksiyalar istəyəcəyik. Hər iki komandanın federasiyalarının cəzalandırılmasını istəyirik. UEFA onları cəzalandırmasa, bundan sonra nə edəcəyimizi düşünəcəyik".
Qeyd edək ki, Serbiya İngiltərə, Danimarka və Sloveniya ilə eyni qrupda yer alır.
Mirağa