Ötən mövsüm icarə əsasında İspaniyanın "Xetafe" klubunda çıxış edən ingilis yarımmüdafiəçi Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Latsio" yay transfer pəncərəsində "Mançester Yunayted"lə razılığa gəlmək niyyətindədir. Roma klubu 22 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır. “Latsio” və “Mançester Yunayted” arasında danışıqların hələki müsbət məcrada davam etdiyi bildirilib.
Qrinvudu transfer etməkdə romalılardan başqa, daha iki İtaliya nəhəngi - "Napoli" və "Yuventus"u da maraqlıdır.
Xatırladaq ki, Meyson Qrinvud ötən mövsüm “Xetafe”nin heyətində İspaniya çempionatında 33 oyun keçirib, bu oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa