"Fənərbağça" sıralarına yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb.
Son klubu "Fatih Karagümrük"də olan Levent Mercanla 3 illik müqavilə imzalanıb.
"Sarı bülbüllər" yarımmüdafiəçi Mert Hakan Yandaşla da anlaşma yeniləyib. O, daha iki il İstanbul təmsilçisinin formasını geyinəcək.