Müqavilə ilə "Espanyol"a məxsus olan və icarə əsasında“Real”da çıxış edən hücumçu Xoselunun gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, “Kral klubu” 34 yaşlı hücumçunun birdəfəlik transferini reallaşdırmaq niyyətindədir.
Bu barədə “Todofichajes" məlumat yayıb. Mənbənin məlumatına görə, Xoselu “Real”la sinradan daha bir mövsümlük uzadılması variantı ilə 2025-ci ilin ortalarına qədər olan müqavilə imzalayacaq.
İspaniyalı forvard ötən mövsüm La Liqada 34 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. O, paytaxt klubunun heyətində İspaniya çempionluğuna yiyələnməklə yanaşı, Çempionlar Liqasının da qalibi olub.