Bu gün Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turu start götürüb.
Fanat.Az xəbər verir ki, ilk olaraq A qrupunda iki görüş reallaşıb.
Hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayıb.
1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb və yenilgidən sonda qurtulub.
Şotlandiya isə Macarıstanla üz-üzə gəlib. Tərəflərin duelində yeganə qol 90+10-cu dəqiqədə vurulub.
Beləliklə, İsveçrə də 1/8 finala yüksəlib.
23 iyun
AÇ-2024
A qrupu
İsveçrə - Almaniya 1:1
Qollar: Ndoye, 28 - Füllkruq, 90+2.
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt, "Valdştadion".
Şotlandiya - Macarıstan 0:1
Qol: Çobot, 90+10.
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart, "MHP Arena" stadionu.
Xal durumu: Almaniya - 7, İsveçrə - 5, Macarıstan -3, Şotlandiya - 1.