UEFA Avropa çempionatının 2-ci turu çərçivəsində dünən keçirilən Türkiyə - Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb sözügedən matçda təhlükəsizliyin arzulanan səviyyədə təmin edilməməsidir.
Belə ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldu ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib.
39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin görüşün final fitindən əvvəl daha üç azarkeş meydana daxil olduqda Ronaldu özündən çıxıb.
Bundan başqa, matçın sonunda təhlükəsizlik kordonunu yarıb keçən daha iki azarkeş Ronalduya çata bilib.
Oyundan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də təhlükəsizliklə bağlı narahatlığını bildirib: “Bu, narahatedici məqamdır. Çünki bu gün azarkeşlərin niyyəti yaxşı idi, amma sabah fərqli davransalar, futbolçular təhlükə qarşısında qalacaqlar".