"Palmeyras"ın hücumçusu Estevao Vilyan karyerasını İngiltərə nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Messinyo ləqəbli 17 yaşlı braziliyalı "Çelsi"yə keçəcək.
Məlumatı "zadəganlar"ın rəsmi saytı yayıb.
O, "Çelsi"yə 2025-ci ilin yayında qoşulacaq. Bu keçid London klubuna 34 milyon avroya başa gələcək.
Messinyo 2023-cü ildən "Palmeyras"ın əsas komandasında top qovur. İndiyədək əsas komandada 27 matça çıxan gənc futbolçu 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.