Niderland millisinin kapitanı Vircil van Deyk Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Avstriya millisinə qarşı keçirəcəkləri oyun ərəfəsində "portağallar"ın perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, "Reuters" onun sözlərini belə çatdırıb:
"Bizdən çox şey gözləyirlər. Yaxşı komandamız var. Bunu vacib oyunlarda sübut etmək istəyirik. Fransa ilə matçdan sonra bir-birimizə daha yaxşı səviyyədə oynamalı olduğumuzu dedik. Fransa ilə oyundakından daha yaxşı çıxış edə bilərik. Avropa çempionatında inkişafa nail olacaq gücdəyik".
Qeyd edək ki, Niderland - Avstriya qarşılaşması sabah, Bakı vaxtı ilə 20:00-da keçiriləcək.
Nihat