"Mançester Yunayted" futbolçusu Meyson Qrinvud üçün "Latsio"nun göndərdiyi təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, İtaliya klubu İngiltərə nəhənginə 20 milyon funt sterlinq ödəməyə hazır olsa da, bu məbləğ MY bosslarını razı salmayıb.
Qeyd edək ki, Qrinvud ötən mövsüm icarə əsasında "Xetafe"nin uğurları üçün çalışıb. Geridə qalan "futbol ili"ndə bütün turnirlərdə 36 matça çıxan 22 yaşlı oyunçu 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Nihat