Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Albaniyanı 1:0 hesabı ilə məğlub edən İspaniya millisinin baş məşqçisi Luis de la Fuente matçın ardından təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis belə danışıb:
"Hər oyun çətin keçir. Üç oyunda üç qələbə qazandıq. 1/8 finaldakı rəqibimiz müəyyənləşmədiyi üçün indidən dəqiq nəsə demək çətindir. Pley-offda istənilən rəqiblə üz-üzə gəlməyə hazırıq.
Avropanın 16 ən yaxşı komandası növbəti mərhələyə yüksələcək, ona görə də favorit olduğumuzu demək çətindir. Bu gün zirvədə ola bilərsən, amma sabah hər şey başqa cür ola bilər. Gəlin futbolçulara əlavə təzyiq göstərməyək”.
Nihat