İngiltərənin "Everton" klubu 38 yaşlı müdafiəçisi Eşli Yanqla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu müddəti 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
İngiltərə millisinin sabiq üzvü daha öncə “Uotford”, “Aston Villa”, “Mançester Yunayted” və “İnter”in formasını geyinib.