Fransanın "Havr" klubunun baş məşqçisi Luka Elsner postundan gedib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
41 yaşlı mütəxəssis 2022-ci ildən "Havr"ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə Liqa 2-nin qalibi olub, son mövsümdə isə Liqa 1-də 5-ci yeri tutub.