Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Niderland seçməsinə qarşı keçirdikləri oyun (3:2) barədə fikirlərini bölüşüb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, belə danışıb:
"Məncə, biz qələbəyə layiq idik. Qalib gəlmək üçün daha böyük iradə nümayiş etdirdik. Oyun boyu meydanda həddindən artıq enerji sərf etdik. Buraxdığımız qollara əyilmədiyimizə, oyun üslubumuza sadiq qaldığımıza görə futbolçularıma təşəkkür edirəm".
Qeyd edək ki, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib.
Nihat