"WhoScored" analitik portalı Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin ən pis qapıçılarının adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Ukrayna millisinin və "Real Madrid"in qapıçısı Andrey Lunin 3,80 reytinq balı ilə bərbad qolkiper elan edilib.
İkinci yerdə Türkiyə millisinin "çərçivə" qoruyucusu Altay Bayındır (5,42), üçüncü pillədə isə polşalı Voytsex Şensnı (6,14) qərarlaşıb.
Xatırladaq ki, Lunin qrupda 1 oyun keçirib. Rumıniyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmada iş başında olan Andrey digər iki görüşdə ehtiyatda qalıb.
Nihat