Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda keçirilən Almaniya - Şotlandiya (5:1) matçından öncə məşq edərkən topla qapının arxasında duran azarkeşin qolunu sındıran Niklas Füllkruq həmin şəxsdən üzr istəyib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 31 yaşlı alman oyunçu xəsarət yetirdiyi Kai Flatmann adlı tərəfdara imzalı formasını da göndərib.
Xatırladaq ki, iyunun 14-də start götürən AÇ-2024 iyulun 14-də başa çatacaq.
Nihat