"Milan" klubu İtaliya C seriyasında çıxış edəcək "Milan Futuro" komandasını yaradıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu komandada "rossoneri"nin gənclər komandalarının yetirmələri, öz liqalarında, ölkələrinin aşağı yaş qruplarından ibarət yığmalarında özünü göstərən oyunçular çıxış edəcək. Beləliklə, futbolçular Milanda qaldıqları müddətdə peşəkar futbolda oyun təcrübəsi əldə edə biləcəklər. Komandanın baş məşqçisi Daniele Bonera olacaq.
"Milan Futuro" iyulun 8-də bir araya gələcək və "rossoneri"nin əsas heyəti ilə birgə məşq edəcək. İlk yoxlama görüşləri avqustun 11 və 18-nə təyin edilib.
Mirağa