Almaniyada keçirilən AÇ-2024 tarixdə iki və daha artıq eyni milləti təmsil edən baş məşqçinin pley-offa yüksəldiyi ilk Avropa çempionatı olub.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, 3 italyan çalışdırıcı qrup mərhələsindəki mübarizəni uğurla başa vurub.
Luçano Spalletti İtaliya seçməsi ilə B qrupunda 4 xalla ikinci yeri tutub. Domeniko Tedesko Belçika seçməsinin "sükanı arxası"nda E qrupunda ikinci olub. Bu qrupdakı Slovakiyanı üçüncü yerin sahibi qismində Françesko Kaltsona 1/8 finala daşıyıbsa, Vinçentso Montella F qrupunda 6 xal toplayan Türkiyə ilə pley-offda iştirak hüququ qazanıb.
Nihat