"Bayern Münhen"in futbolçusu Matteys de Liqt karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır.
Münhen təmsilçisi 24 yaşlı niderlandlının satışından 70 milyon avro qazanmağı planlaşdırırsa, MY bu məbləğin 50 faizini ödəmək niyyətindədir.
Qeyd edək ki, de Liqt 2022-ci ildən "Bayern"in formasını geyinir.