Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün Belçika seçməsinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Avropa çempionatında yeni mərhələyə qədəm qoyuruq. Bunu turnir içində turnir də saymaq olar. Daha ikinci şans olmayacaq. Qrupdan çıxan komandalar evə yollananlardan yaxşıdırlar.
Hər şey rəqib qapısı qarşısında nə dərəcədə təhlükəli görünəcəyimizdən asılı olacaq. Qələbə qazanmaq istəyirsinizsə, qol vurmalısınız. Biz isə hələ bunu edə bilməmişik".
Qeyd edək ki, Fransa - Belçika qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat