Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün Fransa yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bütün oyunçularımıza güvənirik. Yeganə problemimiz budur ki, meydana yalnız 11 futbolçu buraxa bilərik. Döyüş ruhunda olanların sayı çox olduğu üçün kimin ehtiyat oyunçular skamyasında əyləşəcəyini müəyyənləşdirmək çətindir. Oyunçuların hamısı məşqlərdə fantastik çalışırlar, hərəsinin öz xüsusiliyi var".
Qeyd edək ki, Fransa - Belçika qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat