Portuqaliya millisinin müdafiəçisi Brunu Fernandeş Avropa çempionatının 1/8 final mərhələsində bu gün Sloveniyaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Biz artıq Sloveniya ilə yoldaşlıq görüşü keçirimişik və necə oynayacağımızı bilirik. Bu qarşılaşmada təmkinli olmalıyıq. Rəqib fiziki cəhətdən güclüdür, sıx müdafiə olunur. Qırılma anlarında yaxşı təsir bağışladıqlarını da deməliyəm. Onları yormalıyıq. Sloveniyaya hörmət edirik, amma heç bir komandadan qorxmuruq. Kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, qalib gəlmək istəyirik
Qeyd edək ki, Portuqaliya - Sloveniya qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat