Kiyev "Dinamo"sunun və Ukrayna millisinin yarımmüdafiəçisi Nikolay Şaparenko karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Calcio Mercato" yayıb.
Xəbərə görə, 25 yaşlı futbolçunun xidmətində "Latsio" maraqlıdır. Mənbə Roma klubunun bu keçid üçün "Dinamo"ya 10 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm "Dinamo"nun heyətində 26 matça çıxan Şaparenko 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat