Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində baş tutan Portuqaliya - Sloveniya matçının (0:0, penaltilərlə 3:0) ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Portuqaliya millisinin 24 yaşlı qapıçısı Diequ Koştadır.
Koşta əsas və əlavə vaxtda işini inamla görməklɛ yanaşı, oyunsonrası penaltilər seriyasında inanılmaz performans sərgiləyib. O, sloveniyalıların 3 zərbəsini dəf edərək komandasını 1/4 finala daşıyıb.
Nihat