Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində baş tutan Avstriya - Türkiyə matçının (1:2) ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Türkiyə millisinin müdafiəçisi Merih Demiraldır.
26 yaşlı Merih dubl edərək komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olub.
Qeyd edək ki, Türkiyə 1/4 finalda Niderland millisi ilə qarşılaşacaq.
Nihat