Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsini 2:1 hesabı ilə üstələyən Türkiyə millisinin müdafiəçisi Merih Demiral Fransa seçməsinin sabiq futbolçusu Lilian Türamın uğurunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "OptaJean" yayıb.
Məlumata görə, Demiral böyük beynəlxalq futbol turnirlərinin pley-off mərhələlərində dubl etməyi bacaran ikinci müdafiəçi olub.
Qeyd edək ki, Türkiyə millisi 1/4 finalda Niderland seçməsi ilə üz-üzə gələcək.
Nihat