Moskva “Dinamo”sunun yeni futbolçusu Andrey Lunyov paytaxt klubundakı debütünü şərh edib.
Fanat.Az xəbər verir ki, qapıçı “Partizan Belqrad”la yoxlama oyununda (2:2, penaltilərlə 2:4) iştirak edib.
Matçdan sonra o, “Çempionat”a açıqlama verib: “Partizan”la oyunda tamamilə normal debüt etdim. Fövqəltəbii heç nə yox idi, çünki qapıma yaxın heç bir xüsusi nəsə baş vermədi”.
Xatırladaq ki, Lunyov Moskva komandasına azad agent kimi keçib. Tərəflər arasında 2026-cı ilin ortalarına qədər müddətə müqavilə bağlanıb. Qapıçı bundan əvvəl “Zenit” (Sankt-Peterburq), “Bayer” (Leverkuzen) və Azərbaycanın “Qarabağ” komandasında çıxış edib. O, AĞdam klubundan ötən ay ayrılıb.
Mirağa