Almaniya millisinin kapitanı İlkay Gündoğan Avropa çempionatının 1/4 finalında bu gün qarşılaşacaqları İspaniya seçməsi ilə oyun ərəfəsində rəqib komandanın futbolçuları - Rodri və Lamin Yamal barədə sualları cavablandırıb.
Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu :
"Rodrinin "Mançester Siti"də keçirdiyi ilk mövsümü yaxşı xatırlayıram. O, məşqlərdə Pep Qvardiola ilə 45 dəqiqədən bir saata qədər əlavə işləyirdi. Rodri futbola uzun məsafə qət edib və çox şey öyrənib. Fikrimcə, o, dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir. Belə futbolçunu tam 90 dəqiqə "bağlamaq" mümkün deyil, amma onun işini çətinləşdirməyin yolları var.
Yamal isə 16 yaşlı bir gənc üçün artıq çox şey edib. O, tamam başqa səviyyədədir, İspaniya və "Barselona" üçün çox vacib oyunçudur. Mən ona həqiqətən hörmət edirəm".
Qeyd edək ki, İspaniya - Almaniya matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.