Avropa çempionatının 1/8 finalında Slovakiya yığmasına qarşı keçirdikləri oyunda (2:1) vurduğu qoldan sonra İngiltərə millisinin ədəbsiz jestlə diqqət mərkəzinə düşən ulduzu Cud Bellingemin cəzası açıqlanıb.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, 30 min avro cərimə edilən gənc futbolçu 1 oyunluq şərti cəza alıb.
Bu isə o deməkdir ki, "Real Madrid"in futbolçusu 1/4 finalda İsveçrəyə qarşı oynaya biləcək.
Xəbərə görə, sözügedən matçın 90+5-ci dəqiqəsində imza atdığı kritik qolu qeyri-etik şəkildə bayram edib.
Nihat