Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yığmasının Avropa çempionatının 1/8 finalında Avstriyaya qarşı keçirdiyi oyunda (2:1) dublla yadda qalan və qol sevincini "boz qurd" jesti ilə qeyd edən Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, dövlət başçısı jurnalsitlərə açıqlamasında belə danışıb:
"Bizim Xarici İşlər Nazirliyimiz alman məmurları nazirliyə çağırıb. Hazırda lazım olan tədbirlər həyata keçirilir.
"Kimsə almanların formasında qartal olduğunu deyirmi? Fransızların formasında xoruz var, fransızlara "niyə xoruzlanırsan" deyən varmı? Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib"
Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.
Nihat