İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer Portuqaliya seçməsinin 39 yaşlı forvardı Kriştianu Ronaldunun Almaniyada keçirilən AÇ-2024-dəki çıxışına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "The Athletic" Şirerin sözlərini belə çatdırıb:
"Özümü futbol tarixinin ən böyük oyunçularından olan Ronaldu ilə müqayisə etmirəm, amma mən karyeramı davam etdirdiyim müddətdə yüksək səviyyəli oyun sərgiləmişəm. Karyeramı bitirməyə qərar verəndə artıq hiss etmişdim ki, arzuladığımla reallıq arasındakı balans pozulub. Yəni hansısa məqamda getməli olduğunu anlamalısan. İnsan həqiqətin gözünə dik baxmalıdır.
Sloveniyaya qarşı keçirdikləri oyunda sizə elə gəlmədimi ki, Ronaldu həmişə əsas fiqur olmaq istəyir? Mənə belə gəldi. Hələ başqa şeylər də gördüm... O, döyülmüş, əzilmiş və bu vəziyyətdə caynaqları ilə sürüdəki statusundan yapışan aslanı xatırladırdı".
Nihat