Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün 1/4 finalında Portuqaliya üzərində qazanılan qələbəni (0:0, qələmlə 5:3) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" fransız mütəxəssisin fikirlərini belə çatdırıb:
“Çox gərgin və bərabərsəviyyəli matç oldu. Əlavə vaxtın sonunda oynamaq bizim üçün çətin oldu, amma hər iki tərəf qələbə qazana bilərdi.
Ola bilsin ki, bir az yorğunuq. Hər şeyini verən və uğur qazanan komandama görə çox şadam. İlk dördlüyə daxil olmaqdan həzz alacağıq. Bu vərdiş halına gəlib, amma biz bunu təbii qəbul etməməliyik. Səmimi deyirəm, bu, bütün komandanın haqqıdır: həm hazırda oynayanların, həm də mübarizəni dayandıranların.
Penaltilər seriyasına gəlincə, Olivier Jirunu buraxmaq istəyirdim, lakin hakim istəyimizə məhəl qoymadı. Penaltilər Portuqaliya tribunasının qarşısında yerinə yetirilsə də, sakitlik hiss olunurdu”.
Qeyd edək ki, Fransa yarımfinalda İspaniya ilə qarşılaşacaq.