Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 final finalında Niderland seçməsinə 1:2 hesabı ilə uduzan Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella məğlubiyyəti şərh edib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Oyun ərzində rəqib qədər yaxşı oynadıq. Bacardığımızı ortaya qoyduq. Avropa çempionatda yaxşı mübarizə apardıq. Həmkarlarım və digər peşəkarlar da bizi təbrik etdilər. Heyətimizdə gənc oyunçuların sayı çoxdur. Meydanda inanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi haqq edirlər. Türkiyə yığmasına gələcəkdə daha çox hörmət edəcəklər".
Nihat