İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniyada təşkil edilən Avropa çempionatının 1/4 finalında İngiltərədən aldıqları məğlubiyyəti (1:1, penaltilərlə 3:5) şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Həm futbolçular, həm də xalqımız adına üzgünəm. Əlbəttə, yenilgini qəbul etmək ağırdır. Meydanda çox çalışdıq, qol şansları yaratdıq. İngiltərə yığmasının çox fürsəti lmadı. Evə qayıtmağa layiq deyilik, amma həqiqətən fəxr edirəm. İngiltərə də uduzmağa layiq deyildi. Amma məlum məsələdir ki, kimsə itirməlidir".
Nihat