Futbol üzrə İngiltərə millisi 1996-cı ildən bəri ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib.
Fanat.Az xəbər verir ki, Britaniya təmsilçisi 28 ildən sonra "lotoreya"da AÇ-2024-ün dünən baş tutan 1/4 finalında İsveçrəni üstələyib.
Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında Qaret Sautgeytin rəhbərlik etdiyi kollektiv daha inamlı olub - 5:3.
Bunadək İngiltərə AÇ-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzmuşdu.
Qeyd edək ki, İngiltərə millisi qitə birinciliyinin yarımfinalında Niderland seçməsi ilə qarşılaşacaq.