İspaniya millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını başa vurmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Tiaqo yaşıl meydanlarla vidalaşsa da, futboldakı fəaliyyətini davam etdirəcək.
Daha öncə Avropa mətbuatında 33 yaşlı ispaniyalının “Barselona”nın məşqçilər korpusunda yer ala biləcəyi barədə informasiyalar dərc edilmişdi.
Xatırladaq ki, Alkantaranın son klubu 2020-2024-cü illər aralığında formasını geyindiyi “Liverpul” olub.
Nihat